Bank Of Baku

Kiyevdə təcili elektrik kəsintiləri tətbiq edilib, trolleybus və metronun işində fasilələr yaranıb

Kiyevdə təcili elektrik kəsintiləri tətbiq edilib, trolleybus və metronun işində fasilələr yaranıb
# 09 oktyabr 2026 11:35 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevin sağ sahil hissəsində, eləcə də Kiyev vilayətinin Buça və Vışqorod rayonlarında təcili elektrik enerjisi kəsintiləri tətbiq edilib.

"UNIAN" xəbər verir ki, bu barədə Ukraynanın "DTEK" enerji şirkəti məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin kəsilməsi “Ukrenerqo” şirkətinin göstərişi ilə həyata keçirilib. Gərginliyin olmaması səbəbindən Kiyevin bir neçə rayonunda ictimai nəqliyyatın hərəkətində, o cümlədən trolleybus və metro xidmətində fasilələr yaranıb.

"DTEK"in məlumatına görə, təcili elektrik kəsintiləri zamanı əvvəlcədən müəyyən edilmiş qrafiklər qüvvədə olmur.

Paytaxtın sol sahil hissəsində və Kiyev vilayətinin digər rayonlarında isə elektrik enerjisinin verilməsi üzrə planlı qrafiklər tətbiq edilməkdə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR