Bank Of Baku

Gürcüstan MSK elektron səsverməyə kiber müdaxiləni istisna edib

Gürcüstan MSK elektron səsverməyə kiber müdaxiləni istisna edib
# 03 oktyabr 2025 12:20 (UTC +04:00)

“Elektron qaydada səs vermək üçün tətbiq olunan cihazlar internet şəbəkəsinə qoşulmadığından kiber müdaxilə təhlükəsi yoxdur”.


APA-nın yerli bürosu xəbəri verir ki, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili keçirdiyi brifinqdə deyib.


O bildirib ki, istənilən avadanlığın işində nasazlığın yaranma ehtimalı minimaldır.


“Amma təbii ki, belə hallar nəzərə alınır və sığortalanır. Əsas odur ki, səsvermə prosesi heç bir halda dayandırılmayacaq”, - MSK sədri söyləyib.


Qeyd edək ki, sabah Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Ölkə üzrə 3 061 seçki məntəqəsi yaradılıb ki, onlardan 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada olacaq. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir. Onların 3 130 348 nəfəri elektron texnologiyalardan istifadə etməklə səs verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR