Gürcüstan Prezidenti Şarl Mişellə danışıb

Gürcüstan Prezidenti Şarl Mişellə danışıb
# 15 may 2024 19:17 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasıyası yayıb. Bildirilib ki, tərəflər Gürcüstanda cərəyan edən son prosesləri müzakirə ediblər.

Telefon danışığının mövzusu ilə bağlı əlavə detallar paylaşılmayıb.

Qeyd edək ki, Salome Zurabişvili qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar "Avropa platforması"nı formalaşdırdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR