Bank Of Baku

Gürcüstan və Danimarka xarici işlər nazirləri Tbilisidə görüşüb - FOTO

Gürcüstan və Danimarka xarici işlər nazirləri Tbilisidə görüşüb - FOTO
# 31 mart 2022 13:03 (UTC +04:00)

Danimarkanın xarici işlər naziri Jeppe Kofod Tbilisiyə səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan və Danimarka Krallığı arasında ikitərəfli əlaqələrin gündəliyində duran məsələləri, eləcə də Gürcüstanın Avropa İttifaqına namizəd statusu üçün rəsmi müraciət qərarını müzakirə ediblər.

Danimarka XİN başçısı Gürcüstanın işğal altındakı ərazilərində Rusiyaya birləşməklə bağlı “referendum” keçirilməsi ideyasını qınayıb və ölkəsinin Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR