Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, nazirlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın cari gündəliyini, eləcə də regiondakı vəziyyəti nəzərdən keçiriblər.
Qeyd olunub ki, söhbət zamanı Gürcüstan Baş nazirinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi ilə bağlı təşəbbüsündən danışılıb. Zalkaliani erməni həmkarına Gürcüstanın işğal olunmuş rayonlarında ağır humanitar və təhlükəsizlik mühiti barədə məlumat verib.