Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə əlavə 1 milyon doza “Sinopharm” vaksini çatdırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Gürcüstanda “Sinopharm” vaksinindən yaşı 18-dən çox olan vətəndaşların peyvəndlənməsində istifadə edilir.