Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB
# 24 sentyabr 2023 08:39 (UTC +04:00)

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

***

08.20

Tbilisidən 6 km məsafədə Mtsxeta şəhəri yaxınlığında 4,4 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.

Zəlzələnin episentri Norio kəndindən 2 km aralıda yerləşib. Yeraltı təkanların episentri 9 km dərinlikdə yerləşir. Yeraltı təkanlar yerli vaxtla saat 08:00-da (Bakı ilə eyni) qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR