Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 161 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 654 076, ölənlərin sayı isə 16 795 nəfər təşkil edib.
Koronavirusa yoluxanlardan 1 635 291 nəfərin sağaldığı bildirilib.