Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 662 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 595 926, ölənlərin sayı isə 8 575 nəfərə çatıb. Virusa yoluxanlardan 563 530 (94%) nəfərin sağaldığı bildirilir.