Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 185 yoluxma halı qeydə alınıb, 40 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 609 340, xəstəlikdən ölənlərin sayı isə 8 884 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 580 891 (95%) nəfərin sağaldığı bildirilir.