Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 596 yoluxma halı qeydə alınıb, 47 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 973 909, ölənlərin sayı isə 14 311 nəfərə çatıb.
Virusa yoluxanlardan 919 367 nəfərin sağaldığı bildirilib.