Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 87 yoluxma halı qeydə alınıb, 2 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 654 163, ölənlərin sayı isə 16 797 nəfər təşkil edib. Virusa yoluxanlardan 1 635 550 nəfərin sağaldığı bildirilib.