Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 342 yoluxma halı qeydə alınıb, 1 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 653 460, ölənlərin sayı isə 16 794 nəfərə çatıb.
Virusa yoluxanlardan 1 634 474 nəfərin sağaldığı bildirilib.