Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1663 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 381 336, ölənlərin sayı isə 5 492 nəfərə çatıb. Virusa yoluxanlardan 361 327 nəfərin sağaldığı bildirilir.