Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 236 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 450 149, ölənlərin sayı isə 6 128 nəfərə çatıb. Virusa yoluxanlardan 403 762 nəfərin (89%) sağaldığı bildirilir.