Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 176 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 589 727, ölənlərin sayı isə 8 390 nəfərə çatıb. Virusa yoluxanlardan 554 618 (94%) nəfərin sağaldığı bildirilir.