Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 436 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 945 609, ölənlərin sayı isə 14 041 nəfərə çatıb.
Virusa yoluxanlardan 906 708 nəfərin sağaldığı bildirilib.