Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 6 351 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 021 943, ölənlərin sayı isə 14 582 nəfərə çatıb.
Virusa yoluxanlardan 946 255 nəfərin sağaldığı bildirilib.