Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 314 yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 481 578, ölənlərin sayı isə 6 406 nəfərə çatıb. Virusa yoluxanlardan 421 532 (87%) nəfərin sağaldığı bildirilir.