Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 1009-a çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, son üç gün ərzində Gürcüstanda koronavirusa sutkalıq yoluxma göstəricisi 5 min nəfəri ötüb.