Bank Of Baku

Gürcüstanda parlament seçkilərində səsvermə davam edir - FOTO - YENİLƏNİB 1

Gürcüstanda parlament seçkilərində səsvermə davam edir - FOTO   - YENİLƏNİB 1
# 26 oktyabr 2024 18:26 (UTC +04:00)

Gürcüstanda parlament seçkiləri davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, saat 17:00-a olan seçici fəallığı 50,6 % təşkil edib. Belə ki, 1 768 816 elektorat seçki məntəqələrinə gələrək öz hüququndan istifadə edib.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində seçici aktivliyi 42,29 % təşkil edib. Ən böyük aktivlik 52,42 faizlə Tbilisidə qeydə alınıb.


Qeyd edək ki, 26 oktyabr parlament seçkilərində 3 508 294 nəfər səsvermə hüququna malikdir.

***

16:13

Gürcüstanda parlament seçkilərində seçici aktivliyi 41,62 faizə çatıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, saat 15:00-dək 1 milyon 454 min 837 seçici səsvermə hüququndan istifadə edib. Ən böyük seçici aktivliyi Tbilisidə (437 426) qeydə alınıb. Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartlidə 142 851 nəfər səs verib.

***

12:27

Gürcüstanın 11-ci çağırış parlamentinə seçkilər davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası saat 10:00 üçün seçici aktivliyi göstəricilərini açıqlayıb.

Qurumun məlumatına görə, artıq 324 197 nəfər səsvermə hüququndan istifadə edir ki, bu da 9,27 % təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR