Bank Of Baku

Gürcüstanda restoran və idman zallarına daxil olmaq üçün COVID pasportu tələb edilə bilər

Gürcüstanda restoran və idman zallarına daxil olmaq üçün COVID pasportu tələb edilə bilər
# 12 avqust 2021 17:51 (UTC +04:00)

Gürcüstanda sentyabrdan etibarən restoranlara, idman zallarına və bir sıra bənzər obyektlərə daxil olmaq üçün COVID pasportunun tələb edilməsi planlaşdırılır.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qaydaların tətbiqi ilə əlaqədar ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasına müraciət edib. Müraciətdə iaşə obyektlərinə,  idman zallarına, eləcə də digər bənzər ictimai obyektlərə vətəndaşların yalnız yeni növ koronavirus əleyhinə vaksinin bir və ya hər iki dozasının vurulmasını göstərən sənəd və ya PZR testinin neqativ nəticəsi ilə buraxılması tövsiyə edilib.

Qurumlararası Koordinasiya Şurasının nümayəndəsi Giorgi Qibradze bildirib ki, şura məsələni müzakirə edəcək və qəbul edilən qərarla bağlı ictimaiyyəti məlumatlandıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR