Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 6 208 yoluxma halı qeydə alınıb, 47 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 490 462, ölənlərin sayı isə 6 483 nəfərə çatıb. Virusa yoluxanlardan 429 190 nəfərin sağaldığı bildirilir.