Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 352 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatına qeyd olunub. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 461 198, ölənlərin sayı isə 6 230 nəfərə çatıb. Virusa yoluxanlardan 409 110 nəfərin (89%) sağaldığı bildirilir.