Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1965 yoluxma halı qeydə alınıb, 50 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 567 922, ölənlərin sayı isə 7 917 nəfərə çatıb. Virusa yoluxanlardan 523 669 nəfərin (92%) sağaldığı bildirilir.