Gürcüstanda yeni dərs ilinə distant qaydada başlanılacaq

Gürcüstanda yeni dərs ilinə distant qaydada başlanılacaq
# 31 avqust 2021 12:58 (UTC +04:00)

Gürcüstanda məktəb və universitetlərdə yeni tədris ilinə distant qaydada başlanılacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edib.

Bildirilib ki, ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq yeni tədris ilinin sentyabrın 15-dən oktyabrın 4-dək distant qaydada keçirilməsinə qərar verilib. Qərar ölkə ərazisindəki bütün təhsil müəssisələrinə şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR