Bank Of Baku

Hakan Fidan: ABŞ-la İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs ola bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyənin xarici işlər naziri Hakan Fidan

# 13 aprel 2026 12:22 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları və İran razılığa gəlsə, əlavə 45-60 günlük atəşkəs baş tuta bilər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu"ya müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, hazırda tərəflərin ortaya qoyduğu maksimalist təkliflər müzakirə olunur.

“Tərəflər, əslində, ilkin mövqelərini ortaya qoydular. Bu, normaldır. İlkin mövqelər həmişə bir qədər maksimalist olur. Daha sonra tərəflər bu vasitəçilik dəstəyi ilə bir nöqtədə ortaq məxrəcə gəlməyə çalışırlar. Əsad odur ki, atəşkəsə nail olmaq istiqamətində davamlı səmimi niyyət olsun. Mənim gördüyüm odur ki, hazırda hər iki tərəf atəşkəs məsələsində səmimidir, ehtiyacın fərqindədir”, - Hakan Fidan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR