ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katubi Blinken "X" hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə Qəzzaya humanitar yardımın artırılmasının əhəmiyyəti və Qafqazda sülh və rifahı dəstəkləmək yolları müzakirə olunub.
***
19:31
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət Katibi Entoni Blinkenlə görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.
Görüş Praqada NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı çərçivəsində baş tutub.