Bank Of Baku

Hakan Fidan Tom Barrakla görüşün təfərrüatlarını açıqlayıb

Hakan Fidan və Tom Barrak

© APA | Hakan Fidan və Tom Barrak

# 20 yanvar 2026 15:12 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-ın Türkiyədəki səfiri, eyni zamanda Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakla keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazir görüşdə Suriyada əldə olunan atəşkəsin müzakirə edildiyini bildirib.

O, bu kontekstdə ABŞ nümayəndəsi Tom Barrakın Suriyada keçirdiyi görüşlərlə bağlı fikir mübadiləsi aparıldığını qeyd edib: “Bu səhər ABŞ-ın Suriya üzrə nümayəndəsi hörmətli Tom Barrakla görüşdük. O, Dəməşqdə keçirdiyi görüşlərin detalları barədə məlumat verdi. Həm SDQ ilə, həm də Suriya hökuməti ilə ayrı-ayrılıqda, o cümlədən üçtərəfli formatda görüşlər keçirib. Biz Türkiyənin hər zaman konstruktiv rol oynadığını vurğuladıq. Bunu bütün tərəflər məmnuniyyətlə qarşılayırlar. Müzakirələrimizi birgə davam etdirəcəyik”, – deyə Hakan Fidan bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR