Paşha Bank
Bank Of Baku

Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

© APA | Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

# 10 noyabr 2026 13:49 (UTC +04:00)

Gürcüstan və Azərbaycan Çexiya daxil Avropa İttifaqına üzv bir sıra ölkələrin iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynayır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Praqada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çexiya idxal etdiyi xam neftin 40%-ni Gürcüstan vasitəsilə Azərbaycandan alır.

“Bu yaxınlarda Çexiya ilə Azərbaycan arasında qaz təchizatı haqqında saziş imzalanıb. Bu qaz Gürcüstandan keçərək Çexiyaya çatacaq. Buna görə də Çexiya ilə münasibətlərimizin mümkün qədər sıx və dostcasına qalması vacibdir. Biz etibarlı tərəfdaşlığa sadiqliyimizi daim nümayiş etdiririk və Çexiya ilə güclü və konstruktiv tərəfdaşlığı davam etdirməkdən məmnunuq”, - deyə spiker əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR