Türk Kipr respublikası Türkiyənin də tanıdığı qanuni quruluşdur.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Şimali Kipr Türk Respublikasının (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Qərb Kipr türklərinin haqqlarını tanımayaraq, açıq şəkildə adanın Yunan administrasiyasını dəstəkləyir. Onun sözlərinə görə, yunan tərəfi dəfələrlə danışıqlardan yayınıb və artıq məsələ yalnız adada iki dövlətin qurulması ilə həll oluna bilər.