Bank Of Baku

Hakan Fidan: Türkiyə-Almaniya ticarət həcmi 60 milyard dollara çatacaq

Hakan Fidan

© APA | Hakan Fidan

# 17 oktyabr 2025 18:04 (UTC +04:00)

Türkiyə-Almaniya ikili ticarət həcmi 60 milyard dollara çatdırılacaq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Almaniya xarici işlər naziri Johann David Vadephulla görüşdən sonra birgə mətbuat konfransında bildirib.

Hakan Fidan enerji və mədənçilik sahəsində əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb, Almaniyadakı türk icmasının iki ölkə arasındakı ən güclü bağlardan biri olduğunu qeyd edib.

Türkiyə-Aİ münasibətlərində gömrük birliyi və viza azadlığı məsələlərinin müzakirə olunduğunu deyən Hakan Fidan Şengen viza müraciətlərində asanlaşdırıcı tədbirlərin əhəmiyyətinə də diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR