Bank Of Baku

Hulusi Akar: “Məhv edilən terrorçu sayı artacaq”

Hulisi Akar, Türkiyənin milli müdafiə naziri

© APA | Hulisi Akar, Türkiyənin milli müdafiə naziri

# 09 yanvar 2022 15:20 (UTC +04:00)

“Biz bu günə kimi heç bir şəhidimizin qanını yerdə qoymamışıq, bundan sonra da qoymayacağıq”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatının 107-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

“Antiterror əməliyyatlarımız davam edir. Bu rəqəmin artacağını gözləyirik. Hara qaçsalar, xainləri tapacağıq. Biz bu günə kimi heç bir şəhidimizin qanını yerdə qoymamışıq, bundan sonra da qoymayacağıq”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, dünən Türkiyənin Suriya ilə sərhədində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 3 türk əsgəri həlak olub. Ardından aparılan antiterror əməliyyatları nəticəsində isə 12 terrorçu zərərsizləşdirilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR