İrakli Qaribaşvili Şarl Mişellə görüşüb

İrakli Qaribaşvili Şarl Mişellə görüşüb
# 01 dekabr 2023 15:41 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesi və bu istiqamətdə həyata keçirməli olduğu islahatlara dair müzakirələr aparılıb.

Gürcüstan hökumətinin məlumatına görə, Qaribaşvili Gürcüstanın Aİ tövsiyələrinin yerinə yetirilməsi məqsədilə başladılmış prosesin uğurla davam etdirildiyini, hökumətinin konkret baxışı, fəaliyyət planı olduğunu qeyd edib. O, Gürcüstanın bu istiqamətdə əldə etdiyi uğurun Avropa Komissiyasının qərarı ilə təsdiqləndiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR