Türkiyədən Yunanıstana, İrandan isə Türkiyəyə qanunsuz yollar ilə keçməyə cəhd edən 8 nəfər saxlanılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, saxlanılanlardan ikisinin FETÖ, ikisinin isə PKK/KCK/PYD terror təşkilatı üzvü olduğu müəyyən edilib.