İspaniya 3 il ərzində Ukraynaya 5 mlrd. avro hərbi yardım verəcək

Ukrayna Prezidenti Vladimir Zelenski və İspaniya Baş naziri Pedro Sançez

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski və İspaniya Baş naziri Pedro Sançez

# 27 may 2024 17:55 (UTC +04:00)

İspaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında bildirib.

"Bu gün Madriddə Baş nazir Sançezlə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzaladıq. İspaniya bu il Ukraynaya 1 milyard avro, üç il ərzində isə 5 milyard avro hərbi yardım verəcək. Humanitar yardım, iqtisadiyyatın bərpası və yenidən qurulması, Aİ və NATO-ya üzvlük yolunda Ukraynadakı islahatlara dəstək, Sülh Formulu, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi - bütün bu əməkdaşlıq sahələri sazişimizdə əksini tapıb".

Zelenskinin sözlərinə görə, görüşdə Ukraynanın hava hücumundan müdafiə sistemiminin daha da gücləndirilməsi və İspaniyanın bu istiqamətdə yardım imkanları müzakirə olunub. "Mən Baş nazirə cəbhədəki vəziyyət və Rusiyanın müharibəni genişləndirmək cəhdləri barədə məlumat verdim. Rusiyanı sülh bağlamağa məcbur etmək üçün tərəfdaşlarla birgə işimizi gücləndirmək xüsusilə vacibdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR