İspaniya Baş naziri Pedro Sançes Ukraynanın paytaxtı Kiyevə gedib.
APA İspaniyanın “El Mundo” qəzetinə istinadən xəbər verir ki, o, təyyarə ilə Polşaya, oradan isə qatarla Kiyevə gəlib.
Onun Prezident Vladimir Zelenski ilə görüşəcəyi gözlənilir.
Baş nazirin səfər tarixi təhlükəsizlik səbəbi ilə son ana qədər gizli saxlanılıb.