Bank Of Baku

İspaniya səfirliyi Kiyevdə fəaliyyətini bərpa edəcək

Pedro Sançez

© APA | Pedro Sançez

# 18 aprel 2022 13:15 (UTC +04:00)

Qarşıdakı günlərdə İspaniya səfirliyi Kiyevdə fəaliyyətini bərpa edəcək.

APA xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez "Antena 3" telekanalına müsahibəsində deyib.

“Biz İspaniya hökuməti və xalqının Ukrayna xalqına sədaqətinin növbəti əlaməti olaraq, yaxın günlərdə İspaniyanın Kiyevdəki səfirliyini yenidən açacağıq”, - Baş nazir qeyd edib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən az sonra ölkənin diplomatik nümayəndə heyəti Ukrayna paytaxtından Polşaya təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR