16 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər 15 oktyabr tarixində Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan sədrliyinin və təşkilatın qarşıdakı dövr üçün prioritetləri, institusional inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
VII Sammitin Azərbaycanın sədrliyi altında uğurla keçirilməsinin, Asiya məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Sammitin yekunlarının təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların təşviqinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Sammitin yekun sənədləri üzrə əldə olunmuş razılaşmaların AQEM-in fəaliyyətinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi və təşkilatın praktiki nəticə yönümlülüyünün artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində zəngin təcrübəsini və beynəlxalq təşkilatlarda uğurlu sədrliyini qeyd edərək, ölkəmizin AQEM-ə sədrliyinin təşkilatın beynəlxalq rolunun və nüfuzunun artırılmasına, üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, eləcə də etimad quruculuğu tədbirlərinin təşviqinə yönəldiyini vurğulanıb.
Sədrliyimiz dövründə AQEM-in institusional inkişafının sürətləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması və üzv dövlətlər üçün praktiki faydasının genişləndirilməsi istiqamətində görülən işlərə toxunulub. Təhsil, qadınların imkanlarının genişləndirilməsi, gənclər, media, nəqliyyat bağlantıları və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlər üzrə yaradılmış platformaların əhəmiyyəti xüsusi vurğulanıb. Həyata keçirilən təşəbbüslərin üzv dövlətlər arasında təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və konkret əməkdaşlıq imkanlarının formalaşmasına xidmət etdiyi bildirilib.
Baş katib Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin Baş katib vəzifəsində fəaliyyəti ərzində, son altı il müddətində göstərilən dəstəyə görə ölkəmizə təşəkkürünü ifadə edib.
Kayrat Sarıbay Azərbaycanın sədrliyinin AQEM-in inkişafı, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qarşıdakı dövrdə də təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib və yeni Baş katib Sultan Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov öz növbəsində Baş katib Kayrat Sarıbaya fəaliyyəti müddətində apardığı uğurlu işlərə görə təşəkkür edib, ona gələcək peşəkar fəaliyyətində müvəffəqiyyət arzulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb
Xarici siyasət
Fələstin səfirliyi Azərbaycanın dəstəyinə görə təşəkkür edib
Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Çin səfiri: Pekin Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləməyə davam edəcək
Səfir: Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir
Xəbər Lenti
Fələstin səfirliyi Azərbaycanın dəstəyinə görə təşəkkür edib
Çin səfiri Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olunub
Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib
Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub
DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil təqdim edilib
Nazirlik: 32 dövlət müəssisəsinin fiskal risk reytinqi müəyyən edilib
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Çin səfiri: Pekin Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləməyə davam edəcək
Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib
Səfir: Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir
Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb
Fatih Birol: Hazırda bərpa olunan enerjinin inkişafında əsas amil enerji təhlükəsizliyidir
Rusiya XİN: Ermənistan gələn həftə KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Mingəçevirdə bataqlıqda batan yük avtomobilinin sərnişinləri xilas edilib
IEA: Qlobal bərpa olunan enerji gücləri 2026-2031-ci illərdə 4800 giqavat artacaq
“Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda konfrans keçirilib
Bakıda avtobuslardan istifadə rekord həddə çatıb
Zəfər günü ərəfəsində Gəncədə QHT-lərin Əməkdaşlıq Forumu keçirilir - FOTO
Bakıda İtaliya ekspertləri ilə birgə hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Şəmkirdə minik maşını aşıb, xəsarət alanlar var
Azərbaycan nefti bahalaşıb
Bəzi rayonlara qar yağıb, Xınalıq və Qrızda qarın hündürlüyü 15 sm-dir - FAKTİKİ HAVA
Dövlət şirkətlərində korporativ idarəetmə qaydalarının tətbiqi Maliyyə Nazirliyinə həvalə edilib
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər
Gürcüstanda azərbaycanlı qardaşları qətlə yetirən şəxs saxlanılıb
Bakıda yeraltı qarajdan çıxan maşın 71 yaşlı qadını vuraraq öldürüb
Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib
Bu günün valyuta məzənnələri
Avropada bomba xəbərdarlığı alan təyyarələrin sayı 21-ə çatıb
Dünya fond bazarlarında kəskin eniş müşahidə olunub
“Bitcoin”in qiyməti 76 min dollardan aşağı düşüb
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb
"Brent" neftinin qiyməti 100 dolları ötüb
Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
Tramp İranla müharibənin bərpası məsələsini müzakirə edib
Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb
Zelenski Ukraynada seçkilərin keçirilməsinə mümkün variant kimi baxır
Kuşner: ABŞ danışıqlarda bütün tərəflərin təhlükəsizlik maraqlarını nəzərə alır
Tramp gələcək administrasiyaların Oval kabinetdə dəyişiklik etməsinə məhdudiyyət qoyub
Türkiyədə sabiq nazir Fatma Betül Sayan Kaya məhkəmə qərarı ilə həbs edilib
Heqset ABŞ Konqres üzvlərinin onu istefaya məcbur etməyə müvəffəq olmayacağına əmindir
Tramp Rusiya və ABŞ-ın Ukrayna ilə bağlı razılaşmaya yaxın olduğunu deyib
ABŞ Dövlət Departamenti Rubionun vəzifəsindən gedəcəyi barədə məlumatları təkzib edib