İspaniyanın paytaxtı Madrid şəhərində "Hotel Nuevo” mehmanxanasında güclü yanğın baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtın Təcili yardım xidməti məlumat yayıb.
Bildirilib ki, mehmanxanada olan 200 nəfər təxliyə edilib.
Yanğın binanın yuxarı mərtəbələrində başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən briqada cəlb edilib.
Yanğın zamanı itkilərlə bağlı heç bir məlumat verilməyib.