Litva Prezidenti Gitanas Nauseda bildirib ki, NATO-ya üzv bütün ölkələr müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmasa, alyansın birliyi təhlükə altına düşə bilər.
Bu barədə "Politico" nəşri məlumat yayıb.
Nausedanın sözlərinə görə, bəzi ölkələrin yaxın illərdə bu hədəfə çatması, digərlərinin isə müdafiə xərclərini 2–2,5 faiz səviyyəsində saxlaması ciddi fikir ayrılığı yarada bilər.
"Əgər bəzi ölkələr bu məqsədə çatsa, digərləri isə 2 və ya 2,5 faiz səviyyəsində qalsa, bu, alyansı iki və ya üç hissəyə parçalaya bilər", – deyə Litva Prezidenti bildirib.