İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla yaxın vaxtlarda ABŞ-da görüş keçirmək barədə razılığa gəlib.
APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu Trampla telefon danışığı aparıb və tərəflər yaxın zamanda ABŞ-da görüş keçirmək barədə razılıq əldə ediblər.
Baş nazirin Ofisi qeyd edib ki, Netanyahu telefon danışığı zamanı ABŞ ilə İsrail arasında sıx əlaqələri yüksək qiymətləndirdiyini bildirib.