İsrailin xarici işlər naziri Yair Lapid NATO baş katibi Yens Stoltenberqlə görüşüb.
APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, görüş İsrail XİN başçısının Brüsselə səfəri çərçivəsində baş tutub.
Baş katib Y. Stoltenberq və Y. Lapid NATO ilə İsrail arasında iqlim dəyişikliyi, müdafiə sahəsində innovasiyalar, meydana çıxan texnologiyalar da daxil olmaqla digər ortaq maraq doğuran sahələrdə potensial əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.