Bank Of Baku

İstanbulda yol çöküb - FOTO - VİDEO

İstanbulda yol çöküb - FOTO  - VİDEO
# 03 may 2025 11:04 (UTC +04:00)

İstanbulun Sarıyer rayonunun Maslak qəsəbəsində səhər saatlarında yol çöküb.

APA NTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Eski Büyükdere küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Əraziyə dərhal yanğınsöndürmə xidməti, polis və İGDAŞ (İstanbul Qaz Paylayıcı Şirkəti) əməkdaşları cəlb olunub.

Məlum olub ki, təbii qaz sıxılması nəticəsində kiçik çaplı partlayış meydana gəlib. Təhlükəsizlik məqsədilə İGDAŞ əməkdaşları qaz təchizatını dayandırıb.

Çökən yol nəqliyyata tam bağlanıb. Ətrafda təhlükəsizlik tədbirləri görülüb. Hazırda ərazidə polis və İstanbul Böyük şəhər Bələdiyyəsinin əməkdaşları hadisə yerindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR