Paşha Bank
Bank Of Baku

Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir

Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
# 25 oktyabr 2026 12:38 (UTC +04:00)

Serbiyada növbədənkənar parlament seçkiləri başlayıb.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 07:00-da seçki məntəqələri açılıb.

Ölkə üzrə 6,45 milyon seçicinin səsvermə hüququ var. Seçkilərdə 250 deputat mandatı uğrunda 18 seçki siyahısı üzrə 2400-dən çox namizəd mübarizə aparır.

Səsvermə ölkə ərazisində təxminən 8400 seçki məntəqəsində keçirilir. Məntəqələr yerli vaxtla saat 20:00-da bağlanacaq.

Seçkilərdə əsas rəqabət keçmiş Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serbiya Tərəqqi Partiyası (SNS) ilə tələbə etirazları fonunda formalaşan “Tələbə siyahısı” hərəkatı arasında gedir.

Qeyd edək ki, növbədənkənar seçkilər 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayan kütləvi etirazlar fonunda keçirilir.

Seçki prosesini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndələri də müşahidə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR