Bank Of Baku

"İstəklilər koalisiyası"nın ilk hərbi təlimləri Polşada keçiriləcək

Polşanın Baş naziri Donald Tusk

© APA | Polşanın Baş naziri Donald Tusk

# 14 iyul 2026 12:52 (UTC +04:00)

Payızda Polşada "İstəklilər koalisiyası"nın ilk hərbi təlimləri keçiriləcək.

Bu barədə “Onet” Polşanın Baş naziri Donald Tuska istinadən məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Böyük Britaniya və Fransa hərbçilərinin də qatılacağı təlimlərin məqsədi Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra Ukraynada mümkün sülhməramlı missiyanın icrasını məşq etməkdir.

"Bu təlimlər bütün koalisiyanı real təhlükəsizlik təminatlarının həyata keçirilməsinə hazırlayacaq. Rusiya tərəfindən eskalasiyanın hələ də mümkün olduğu aydın oldu. Buna görə də Böyük Britaniya və Fransa qoşunlarının Polşada yerləşdirilməsi ilə bağlı yekun qərarı böyük məmnunluqla qarşıladıq", – Tusk bildirib.

Baş nazir qeyd edib ki, Varşava Avropada təkcə ABŞ hərbi qüvvələrinin deyil, həm də müttəfiq ölkələrin qoşunlarının daimi mövcudluğunu təmin etmək üçün maliyyə və logistika baxımından hazırlıq görür.

"Polşanın əsas rolu tam şəkildə tanınıb. Təkcə bu koalisiya çərçivəsində deyil, bütövlükdə Avropada mövqeyimiz həqiqətən də mühüm əhəmiyyət daşıyır", – o əlavə edib.

Qeyd edək ki, "İstəklilər koalisiyası" Böyük Britaniya və Fransanın təşəbbüsü ilə 2025-ci ilin yazında yaradılıb. Koalisiyaya Rusiya ilə sülh sazişi bağlandıqdan sonra Ukraynada sülhün təminatçısı olmağa hazır olan 30-dan çox dövlət daxildir.

Koalisiyanın sammiti ötən gün Parisdə keçirilib. Fransa Prezidenti Emmanuel Makron görüşün yekununda yaxın aylarda çoxtərəfli hərbi qüvvələrin iştirakı ilə təlimlərin keçirilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR