Bank Of Baku

Yeni Dehli Hindistan dənizçisinin öldürülməsindən sonra iranlı diplomatı XİN-ə çağırıb, kəskin etiraz bildirilib

Yeni Dehli Hindistan dənizçisinin öldürülməsindən sonra iranlı diplomatı XİN-ə çağırıb, kəskin etiraz bildirilib
# 14 iyul 2026 11:52 (UTC +04:00)

Hindistan Xarici İşlər Nazirliyi Hörmüz boğazında ticarət gəmilərinə qarşı son hücumlarla əlaqədar İranın ölkədəki ən yüksək vəzifəli diplomatını nazirliyə çağırıb və insidentlə bağlı İran tərəfinə kəskin etirazını çatdırıb.

“Hindustan Times”ın XİN-ə istinadən məlumatına görə, çərşənbə axşamı Hörmüz boğazında İranın raket hücumu nəticəsində iki neft tankeri zərbə alıb.

Hadisə zamanı bir Hindistan vətəndaşı olan dənizçi ölüb, səkkiz ekipaj üzvü, o cümlədən altı Hindistan vətəndaşı yaralanıb.

Hadisədən bir neçə saat sonra İranın Hindistandakı missiya rəhbərinin müavini Məhəmməd Cavad Hüseyni Xarici İşlər Nazirliyinə çağırılıb. Pakistan, Əfqanıstan və İran məsələləri üzrə idarənin rəhbəri Anand Prakaş görüş zamanı insidentlə bağlı İran tərəfinə kəskin etirazını çatdırıb.

İranlı diplomatın nazirliyə çağırılması əvvəlki analoji hallardan fərqli olaraq açıq şəkildə həyata keçirilib və televiziya kanalları onun nazirliyə gəlişini işıqlandırıblar. Hindistanda heyətində hindistanlı dənizçilərin olduğu ticarət gəmilərinə İranın hücumları ilə bağlı narazılığın artdığı bildirilir.

Qeyd edək ki, çərşənbə axşamı baş verən hücumdan iki gün əvvəl İranın Kipr bayrağı altında üzən "GFS Galaxy" konteyner gəmisinə endirdiyi zərbə nəticəsində bir Hindistan vətəndaşı olan ekipaj üzvü itkin düşüb.

Məlumata görə, fevralın 28-dən – İsrail və ABŞ-ın İrana qarşı hücumlarından sonra başlayan münaqişə dövründə Yaxın Şərqdə ümumilikdə 14 Hindistan vətəndaşı ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR