İsveçin xarici işlər naziri Ann Linde ABŞ və Kanadaya səfər edəcək.
APA xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, mayın 3-5-də xarici işlər naziri Linde Vaşinqton və Ottavada səfərdə olacaq.
Anna Linde Vaşinqtonda dövlət katibi Entoni Blinkelə görüşəcək. O, həmçinin ABŞ senatorları və Konqres üzvləri ilə görüşlər keçirəcək.
Mayın 5-də isə isveçli nazir kanadalı həmkarı Melaniya Coy və kanadalı parlamentarilərlə görüşəcək.
Görüşlərdə Ukraynaya uzunmüddətli dəstək, eləcə də İsveç ətrafında təhlükəsizlik və sabitlik müzakirə olunacaq.