İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini azad olunub

İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini azad olunub
# 15 iyun 2024 17:42 (UTC +04:00)

İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini Həmid Nuri azad olunub.

APA-nın xəbərinə görə, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazem Qəribabadi məlumat verib.

K.Qəribabadi bildirib ki, Omanın vasitəçiliyi ilə İran və İsveçin aidiyyəti orqanlarının apardığı danışıqlar nəticəsində İranın keçmiş prokuror müavini Həmid Nuri həbsdən azad olunub və yaxın vaxtlarda o İrana qayıdacaq.

İsveçin Baş naziri Ulf Kristerssonun sözlərinə görə, Avropa İttifaqının iki ildən çoxdur İranda həbsdə olan diplomatı Yohan Floderus və İsveç-İran vətəndaşı Səid Əzizi azad olunub.

2022-ci il aprelin 17-də dostları ilə səfərdən qayıdarkən Tehran havalimanında saxlanılan 33 yaşlı Floderusun həbsi Nurinin İsveçdə mühakimə olunduğu vaxta təsadüf edib və o 2022-ci ilin iyulunda ömürlük həbs cəzasına məhkum olunub. Hökmdən apellyasiya şikayəti verilib.

İsveçin baş naziri Ulf Kristersson isə dekabrın 11-də Floderusun dərhal azad edilməsini tələb edib.

Qeyd edək ki, 2019-cu ildə İsveçdə həbs olunan Həmid Nuri hərbi cinayətlərinə görə mühakimə olunurdu.

62 yaşlı Nuri 1988-ci ildə İranda ən azı 5000 məhbusun edamında oynadığı rola görə "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və qətl"də təqsirli bilinib.

2022-ci ilin iyulunda ona ömürlük həbs cəzası verilib.

Dekabrın 19-da İsveç Apellyasiya Məhkəməsi Həmid Nurinin ömürlük həbs cəzasını təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR