İsveçrə İsrail və HƏMAS hökumət nümayəndələri İsveçrəyə gələcəkləri və Beynəlxalq Cinayət Məhkəməsi həbslərinə order verəcəyi təqdirdə, onları həbs edəcək.
APA-nın məlumatına görə, bu barədə ölkə parlamentinin saytında dərc olunan məlumatda deyilir.
"Hökumət bu öhdəliyi bazar ertəsi deputatların bir neçə sualına cavab olaraq qəbul edib", - deyə məlumatda bildirilir.
Ölkənin Xarici İşlər Nazirliyi isə qeyd edib ki, prinsip etibarilə İsveçrə Beynəlxalq Cinayət Məhkəməsini təsis edən dövlətlərdən biri kimi, bu məhkəmənin verdiyi həbs qərarlarını icra etməyə borcludur.